Bank Of Baku

Madalina Popa: Azərbaycan bankları Böyük Britaniya və ABŞ banklarının rəqəmsal səviyyəsinə çata bilər

Madalina Popa: Azərbaycan bankları Böyük Britaniya və ABŞ banklarının rəqəmsal səviyyəsinə çata bilər
# 30 oktyabr 2019 16:49 (UTC +04:00)

Azərbaycan bankları potensial olaraq Böyük Britaniya və ABŞ banklarının rəqəmsal keçidi səviyyəsinə çata bilər.

Bunu "APA-Economics"ə “Microsoft” korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda maliyyə xidmətləri üzrə direktoru Madalina Popa deyib.

Rəqəmsallaşma prosesindən danışan M. Popa bildirib ki, Azərbaycan bankları rəqəmsallaşmada maraqlıdırlar və xidmət keyfiyyətinin müştəri tərəfindən qavrayışını dəyişməyə kömək edə biləcək layihələrə açıqdırlar.

O həm də bulud platformalarının ölkədə fəaliyyət göstərən bankların inkişaf lokomotivinə çevrilməsi vacib olduğunu vurğulayıb: "Bu bulud platformaları banklara daha çevik olmağa və bazardakı mövqelərini yaxşılaşdırmağa kömək edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR