Bank Of Baku

Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri müəyyənləşəcək

Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri müəyyənləşəcək
# 23 yanvar 2024 17:44 (UTC +04:00)

Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri müəyyənləşəcək.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.

Nazirlər Kabineti 4 ay müddətində rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları) Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqləməlidir.

Eyni zamanda, bu müddət ərzində hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydaları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqlənməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR