Bank Of Baku

Maliyyə Nazirliyi: Azərbaycanda real ÜDM 112 mlrd. manata çatacaq

Maliyyə Nazirliyi: Azərbaycanda real ÜDM 112 mlrd. manata çatacaq
# 01 avqust 2023 12:23 (UTC +04:00)

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 faiz artmaqla 111,6 milyard manata çatacaq. Bu isə əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çoxdur.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Bildirilib ki, cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən yüksək real artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. 2023-cü ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,5 faizdən 4,9 faizə qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR