2023-cü ilin birinci yarısında Azərbaycanda “Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 1 milyard 569 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% və ya 274 milyon manat azdır.
2022-ci ilin birinci yarısında “Maliyyə və Sığorta fəaliyyəti” üzrə ödəniş daxilolmaları 1 milyard 843 milyon manat təşkil edib.