Bank Of Baku

"Mastercard": Azərbaycanın plastik kart sahiblərinə Türkiyədə endirimlər təklif olunur

"Mastercard": Azərbaycanın plastik kart sahiblərinə Türkiyədə endirimlər təklif olunur
# 01 noyabr 2019 15:12 (UTC +04:00)

"Mastercard" şirkəti Türkiyədəki onlayn alış-veriş saytları, hotel və xəstəxanalarla əməkdaşlıq edir və bunu nəticəsi olaraq Azərbaycan vətəndaşlarına Türkiyədə sözügedən sahələrdə nağdsız ödənişlər zamanı endirimlər təklif olunur.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

Onun sözlərinə görə, "Mastercard" öz növbəsində Azərbaycan banklarına kart sahiblərinə xidmət, səhiyyə və turizm sahələrində olan endirimlər haqqında məlumat vermələrini tövsiyə edib: "Bu kimi addımların nağdsız ödəmələrə keçid prosesində böyük rolu var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR