Bank Of Baku

MAZ: Azərbaycan əsas strateji tərəfdaşlarımızdan biridir

Valeriy İvankoviç

© APA | Valeriy İvankoviç

# 06 may 2025 16:02 (UTC +04:00)

Azərbaycan Minsk Avtomobil Zavodunun (MAZ) əsas strateji tərəfdaşlarından biridir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Minsk Avtomobil Zavodunun baş direktoru Valeriy İvankoviç bildirib.

"Azərbaycan müxtəlif təyinatlı avadanlıq təchizatının inkişafında əsas strateji tərəfdaşlarımızdan biridir", - Valeriy İvankoviç qeyd edib.

Onun sözlərinə görə, bu tərəfdaşlıq müxtəlif formatda həyata keçirilir.

Valeriy İvankoviç bildirib ki, MAZ Azərbaycan bazarında uzun müddətdir işləyir: "Lakin Bizim əldə etməli olduğumuz gələcək müqavilələr və məhsullarımızın keyfiyyət perspektivləri öz sözünü deməlidir.

Baş direktor qeyd edib ki, MAZ bu gün bərpa işləri aparan azad edilmiş ərazilərdə təmsil olunur.

"Burada görülən işlərin və investisiyaların həcmi heyrətləndiricidir", - Valeriy İvankoviç vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR