Bank Of Baku

MDB ölkələri hesablaşmalarda dollar və avronu yuanla əvəzləyə bilər

MDB ölkələri hesablaşmalarda dollar və avronu yuanla əvəzləyə bilər
# 30 mart 2022 16:09 (UTC +04:00)

MDB ölkələri qarşılıqlı hesablaşmalarda dollar və avro əvəzinə ehtiyat valyuta kimi Çin yuanından istifadə edə bilər.

"APA-Economics" "BelTA"ya istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini – MDB-nin icraçı katibi Leonid Anfimov bildirib.

"Fikrimcə, MDB ölkələri arasında qarşılıqlı ticarətə milli valyutalar və ya Birliyin üzvü olan ölkələrə qarşı qeyri-dost hərəkətlər etməyən dövlətlərin valyutaları ilə keçid tam əsaslıdır. İlk növbədə, bunlar yuan və digər valyutalardır ki, onlardan dollar və avro əvəzinə ehtiyat kimi istifadə oluna bilər", - Anfimov bildirib.

Onun fikrincə, dolların erası başa çatıb və bu valyuta 2025-ci ilə qədər öz mövqelərini itirəcək – əhəmiyyətli dərəcədə olmasa da, ən azı dünya iqtisadiyyatının inkişafına təsiri kəskin şəkildə zəifləyəcək, 2030-cu ilə dollar dünyanın ehtiyat valyutası olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR