Bank Of Baku

MDM "Bank of New York Mellon”a üzv ola bilər

MDM "Bank of New York Mellon”a üzv ola bilər
# 27 fevral 2026 10:12 (UTC +04:00)

Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Elçin Əlizadə “Bank of New York Mellon”un (BNY Mellon) ölkəmizdə səfərdə olan rəsmiləri ilə görüş keçirib.

"APA-Econonimcs" xəbər verir ki, görüşdə Azərbaycanın kapital bazarı ekosistemində MDM-in rolu və inkişaf strategiyası, barədə məlumat verilib. Tərəflər "BNY Mellon"un daxili bazarda yeni məhsulların təqdim edilməsindəki rolu, MDM-in nominal saxlayıcı qismində "Bank of New York Mellon"un üzvlüyə qəbulu və hesabın açılması istiqamətində perspektivləri müzakirə edilib.

Qeyd edək ki, MDM-in 2024–2026-cı illəri əhatə edən inkişaf strategiyasında beynəlxalq maliyyə qurumları və depozitarlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi fəaliyyət istiqamətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR