Bank Of Baku

Mərkəzi Bank 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib

Mərkəzi Bank 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib
# 28 dekabr 2024 08:52 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ildə pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikini dərc edib.

APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
2025-ci ildə faiz dəhlizinin parametrlərinə dair qərarlar 8 dəfə olmaqla (22 yanvar, 12 mart, 23 aprel, 11 iyun, 23 iyul, 10 sentyabr, 22 oktyabr, 10 dekabr)təqdim ediləcək.

Qeyd olunan tarixlərdən 22 yanvar, 23 aprel, 23 iyul və 22 oktyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır.

Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR