Mərkəzi Bank bu il üçün inflyasiya proqnozunu dəyişməyib

Mərkəzi Bank bu il üçün inflyasiya proqnozunu dəyişməyib
# 28 mart 2024 11:26 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü il üçün inflyasiya proqnozunu (yanvar proqnozu: 5.3%) dəyişməz saxlayıb.

Bu barədə "APA-Economics" Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR