Cari əməliyyatlar balansı bu ilin birinci yarısında 1,7 milyard dollar profisitlə bağlanıb ki, bu da ÜDM-in 9,5%-nə bərabərdir.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
O həmçinin qeyd edib ki, ölkənin strateji valyuta ehtiyatları ilk altı ayın nəticələrinə görə, 85,8 milyard dollara çatıb:
“Bu, ilin əvvəlindən 700 milyon dollar və ya 0,8% artım deməkdir. Mövcud strateji valyuta ehtiyatları ölkənin 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir və geniş pul kütləsini 3,4 dəfə üstələyir. Cari əməliyyatlar balansı üzrə proqnozlara əsasən, 2026 və 2027-ci illərdə müvafiq olaraq 6,1 milyard və 5,2 milyard dollar profisit gözlənilir. Bunun əsas səbəbi enerji daşıyıcılarının qiymətlərinin yüksək səviyyədə proqnozlaşdırılmasıdır”.