Bank Of Baku

Tacikistan Prezidenti: Regionda iri neft emalı zavodunun tikintisi imkanlarını ciddi şəkildə nəzərdən keçirək

Tacikistan Prezidenti: Regionda iri neft emalı zavodunun tikintisi imkanlarını ciddi şəkildə nəzərdən keçirək
# 31 iyul 2026 12:26 (UTC +04:00)

"Regionda müasir texnologiyalar tətbiq olunmaqla iri neft emalı zavodunun tikintisi imkanlarını ciddi şəkildə nəzərdən keçirək".

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.

“Regional inkişafın aktual istiqamətlərinin daha da irəli aparılması üçün əsas yanaşmaların müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Ortaq prioritetlərimiz arasında ilk növbədə nəqliyyat dəhlizlərinin və logistika infrastrukturunun inkişafı yer alır. Energetika, sənaye, rəqəmsallaşma və ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzində qalır. Mədəni-humanitar əlaqələrin inkişafı xalqlarımız arasında dostluq, qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi baxımından mühüm amildir. Təhlükəsizlik sahəsində, xüsusilə mövcud və yeni təhdidlərə qarşı mübarizədə sıx əməkdaşlığın və koordinasiyanın davam etdirilməsi də aktuallığını qoruyur. Bugünkü sammitdə əməkdaşlığın bütün istiqamətləri üzrə konkret tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirdik və bu qərarların praktik icrasında fəal iştirak etməyə hazır olduğumuzu bir daha təsdiqlədik. Bu gün regional və qlobal enerji bazarlarında müşahidə olunan gərgin vəziyyət birbaşa ölkələrimizə də təsir göstərir. Enerji təhlükəsizliyinin təmin edilməsi dayanıqlı inkişafın əsas amillərindən biridir. Bu məsələni əvvəlki görüşlərimizdə də qaldırmışdım. Təklif edirəm ki, hamımız birlikdə regionda müasir texnologiyalar tətbiq olunmaqla iri neft emalı zavodunun tikintisi imkanlarını ciddi şəkildə nəzərdən keçirək. Bu məqsədlə aidiyyəti qurumlarımıza belə bir layihənin həyata keçirilməsi imkanlarını ətraflı araşdırmağı tapşırmağı təklif edirəm. Belə bir müəssisə ilk növbədə region ölkələrinin neft məhsullarına olan daxili tələbatının ödənilməsinə xidmət edə bilər.Ümid edirəm ki, bugünkü görüşün nəticələri regionumuzun və xalqlarımızın rifahı naminə birgə fəaliyyətimizin daha da səmərəli olmasına töhfə verəcək”, - deyə Tacikistan Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR