Bank Of Baku

Özbəkistan Prezidenti: Yeni risklərə birgə uyğunlaşmaq üçün uzunmüddətli həll yolları tapmaq vacibdir

Özbəkistan Prezidenti: Yeni risklərə birgə uyğunlaşmaq üçün uzunmüddətli həll yolları tapmaq vacibdir
# 31 iyul 2026 12:38 (UTC +04:00)

Yeni risklərə birgə uyğunlaşmaq üçün uzunmüddətli həll yolları tapmaq vacibdir.

APA-nın Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə bildirib.

“Artıq regional əməkdaşlığın dayanıqlı arxitekturasının formalaşdırılması vaxtıdır. Bu sistem səmərəli əməkdaşlıq institutlarına, sahə qurumları arasında sıx əlaqələrə, regionlararası birbaşa təmaslara və inkişafın əsas istiqamətləri üzrə uzunmüddətli birgə proqramlara əsaslanmalıdır. Dövlətlərarası təşkilatlar və "Mərkəzi Asiya +" formatı çərçivəsində koordinasiyanı gücləndirməklə regionumuzun beynəlxalq mövqeyini daha da möhkəmləndirməliyik. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, vahid sənaye və texnoloji zəncirlərin yaradılması, ümumi rəqəmsal xidmətlərin inkişafı və investisiya platformalarının işə salınması istiqamətində konkret addımların atılması vacibdir. Mərkəzi Asiya təhsil, elm, innovasiya və böyük məlumatlar (Big Data) sahəsində rəqabətqabiliyyətli mərkəzə çevrilməlidir. Buna kadr potensialını, süni intellekt texnologiyalarını, məlumat emalı mərkəzlərini (data mərkəzləri) və enerji infrastrukturunu birləşdirən vahid sistem yaratmaqla nail olmaq mümkündür. Ətraf mühitin qorunması həmişə olduğu kimi, bundan sonra da regional gündəliyin əsas prioritetlərindən biri olaraq qalır. Ortaq təbii məkanımızda yaranan çağırışlar dövlət sərhədləri tanımır. Deməli, onlara veriləcək cavablar da ortaq olmalıdır. Bu yayın müşahidə olunan anomal istiləri bir daha göstərdi ki, iqlim dəyişikliyi artıq iqtisadiyyata, su və enerji təhlükəsizliyinə, insanların sağlamlığına və həyat keyfiyyətinə birbaşa təsir göstərən amilə çevrilib. Bu yeni risklərə birgə uyğunlaşmaq üçün uzunmüddətli həll yolları tapmaq vacibdir”, - deyə Özbəkistan Prezidenti qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR