Mərkəzi Bank Koreyanın kredit reytinq agentliklərinin təcrübəsini öyrənir

Mərkəzi Bank Koreyanın kredit reytinq agentliklərinin təcrübəsini öyrənir
# 23 may 2024 10:44 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı Koreyanın kredit reytinq agentliklərinin təcrübəsini öyrənir.

"APA-Economics" xəbər verir ki, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və Maliyyə Nazirliyinin nümayəndələrindən ibarət heyət Koreya Respublikasına işgüzar səfərdə olub. Asiya İnkişaf Bankının dəstəyi ilə baş tutan bu səfər zamanı Mərkəzi Bankın nümayəndələri Koreya Respublikasının kredit reytinqi agentliklərinin, “Kookmin Bank” və Maliyyə Xidmətləri Komissiyasının heyəti ilə görüşlərdə iştirak edib.

Koreya kredit reytinqi agentlikləri ilə görüşlər zamanı reytinq agentliklərinin institusional çərçivəsi, kredit reytinq sistemlərini dəstəkləyən metodologiyalar və təcrübələr, həmçinin müvafiq agentliklərin inkişafına hüquqi-tənzimləyici çərçivənin təsiri müzakirə olunub.

Ölkənin ən böyük banklarından olan “Kookmin Bank” nümayəndələri ilə görüş zamanı bankın risklərin qiymətləndirilməsi və mitiqasiyası təcrübələri öyrənilib. Səfər zamanı Koreyanın maliyyə sektorunun inkişafını və sabitliyini təmin edən Maliyyə Xidmətləri Komissiyası (Financial Services Commision) ilə də görüş təşkil edilib. Görüşdə Koreyanın reytinq bazarının tənzimləmə çərçivəsi üzrə təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda reytinq agentliklərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı təşəbbüslər əksini tapıb. Hazırda reytinq agentlikləri üzrə hüquqi və requlyativ çərçivənin yaradılması diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər icra edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR