Bank Of Baku

Mərkəzi Bankı 8 fiziki və bir hüquqi şəxsə verilən sığorta vasitəçisi lisenziyasını ləğv edib

Mərkəzi Bankı 8 fiziki və bir hüquqi şəxsə verilən sığorta vasitəçisi lisenziyasını ləğv edib
# 11 iyul 2023 10:16 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı 8 fiziki şəxs və bir hüquqi şəxsə verilən sığorta vasitəçisi lisenziyasını ləğv edib.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında verilib. Lisenziyası ləğv edilən şirkət Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan “Otokoç Azərbaycan” MMC-dir.

Qeyd edək ki, 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Türkiyənin iri holdinqlərindən biri Koç Holdinqin törəmə şirkəti Otokoç Avis-ə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR