Bank Of Baku

Mərkəzi Bankın sədri jurnalistlərlə görüşüb  - FOTO

Mərkəzi Bankın sədri jurnalistlərlə görüşüb  - FOTO
# 20 iyul 2022 12:21 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün "İnflyasiya: mahiyyəti və səbəbləri" mövzusunda treninq keçirilib.

"APA-Economics" xəbər verir ki, mövzu üzrə AMB-nin Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev təqdimatla çıxış edib. İnflyasiyanın ölçülməsi, səbəbləri barədə məlumat verib.

Qeyd edək ki, tədbir çərçivəsində media nümayəndələrinin Mərkəzi Bankın sədri Taleh Kazımovla da görüşü olub. Taleh Kazımov jurnalistləri təbrik edib, media ilə əlaqələrə önəm verdiyini deyib. Jurnalistlərin təkliflərini dinləyib. Bu, AMB sədrinin jurnalistlərlə ilk görüşüdür.

Treninqin sonunda təlimdə iştirak edən media nümayəndələrinə sertifikatlar təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR