Bank Of Baku

MİDA ötən il “Kapital Bank”da olan faiz gəlirindən 7 mln. manata yaxın gəlir əldə edib - Hesabat

MİDA ötən il “Kapital Bank”da olan faiz gəlirindən 7 mln. manata yaxın gəlir əldə edib - Hesabat
# 07 iyul 2023 15:23 (UTC +04:00)

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” agentliyin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyi 8 milyon 173 min manat xalis mənfəət əldə edib. Agentlik 2021-ci ildə 1 milyon 509 min manat mənfəət qazanmışdı.

Hesabat dövründə agentliyin əldə etdiyi maliyyə gəliri əvvəlki illə müqayisədə 6.6% artaraq 10 milyon 849 min manata yüksəlib. Qeyd edək ki, MİDA maliyyə gəlirinin 4 milyon manatını borc qiymətli kağızlara etdiyi investisiyadan, 6 milyon 849 min manatını isə “Kapital Bank”da cari bank hesabı üzrə faiz gəlirindən əldə edib.

Bu dövrdə agentliyin banklarda cari hesab qalığı 315 milyon 788,6 min manat ( illik müqayisədə 17.6% çox), borc qiymətli kağızlara investisiyaları isə 203 milyon 879,8 min manat ( illik müqayisədə 1.1% çox) təşkil edib.

2022-ci ildə agentliyin cəmi aktivləri 0.22% və ya 1 milyon 178.9 min manat artaraq 536 milyon 712,8 min manat, cəmi öhdəlikləri isə 15.7% və ya 7 milyon 797,2 min manat artaraq 57 milyon 596,1 min manat təşkil edib.

2023-cü il yanvar ayının 1-nə MİDA-nın cəmi kapitalı 479 milyon 116,7 min manat olub ki, bu da illik müqayisədə 1.4% çoxdur.

Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində “MİDA” MMC yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR