Bank Of Baku

Mikayıl Cabbarov: SPECA ölkələri ilə sərmayə fondlarının yaradılması üzərində işləyirik

Mikayıl Cabbarov: SPECA ölkələri ilə sərmayə fondlarının yaradılması üzərində işləyirik
# 23 noyabr 2023 11:24 (UTC +04:00)

SPECA ölkələri ilə birgə sərmayə fondlarının yaradılması üzərində işləyirik.


APA-Economics” xəbər verir ki, SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Azərbaycan Qırxızıstanla və Özbəkistanla İnvestisiya Fondu yaradıb. “Digər SPECA ölkələri ilə sərmayə fondlarının yaradılmasına hazırıq”- nazir əlavə edib.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR