“Dövlət başçısı 6 yanvar 2021-ci ildə keçirilmiş “2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə” hökumət qarşısında 2021-ci il üçün əsas hədəfləri müəyyən etmişdi. Hökumətin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır”.
APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
T. Mirkişili deyib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyətinə baxsaq, hesabat ilində uzunluğu 101 km olan Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib: “Hesabat ilində “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Aeroportu isifadəyəə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulüb. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-ları, rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb. Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılmasını da qeyd etmək istərdim. Bu sırada beşinci hədəf azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi, altıncı hədəf sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması, yeddinci hədəf Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır. Qeyd etdiyim bu hədəflərə nail olunmaq barədə hesabatda geniş məlumatlar verilib. Qarşıya qoyulmuş bu hədəflərə hökumət tərəfindən nail olunma vəziyyətini yüksək qiymətləndiririk”.