“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini təsdiqləyib.
"APA-Economics" agentliyə istinadən xəbər verir ki, Azərbaycanın reytinqi “ba1” səviyyəsində sabit saxlanılıb.
“Moody’s” bildirib ki, bu kredit reytinqi mövcud idarəetməni, geosiyasi gərginliklərlə məhdudlaşan böyük xarici aktivlərin toplanması səbəbindən onun xalis kreditor statusunu əks etdirir.