Bank Of Baku

“Moody's" qlobal iqtisadi artım proqnozunu açıqlayıb

“Moody
# 31 avqust 2022 17:54 (UTC +04:00)

“Moody's Investors Service” Beynəlxalq reytinq agentliyi qlobal iqtisadi artım proqnozunu azaldıb.

Beynəlxalq reytinq agentliyindən "APA-Economics"ə daxil olan məlumata görə, böyük iyirmilik (G-20) ölkələrinin iqtisadiyyatları üçün artım proqnozları may proqnozu ilə müqayisədə azaldılıb. Belə ki, “Moody's" bu ölkələr üzrə real ÜDM-in 2022-ci il üzrə artımı proqnozunu 3,1%-dən 2,5%-ə, 2023-cü il üçün proqnozu isə 2,9%-dən 2,1%-ə endirib.

"Moody's" böyük iyirmiliyin qabaqcıl iqtisadiyyatları üzrə 2022-ci ildə 2,1%, 2023-cü ildə 1,1% artım proqnozlaşdırır. G-20-nin inkişaf etməkdə olan bazar ölkələri üçün 2022-ci ildə artım proqnozu 3,3% və 2023-cü ildə 3,8% müəyyən edilib.

“Moody's"in analitikləri hesab edir ki, proqnozun pisləşməsi hazırda tətbiq edilən daha sərt qlobal maliyyə şərtləri və Rusiyanın Ukraynaya təcavüzü nəticəsində enerji və xammal qiymətlərindəki şoklarla bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR