Bank Of Baku

MÖS-lə bu il 40 mlrd. manatadək ödənişlər həyata keçirilib

MÖS-lə bu il 40 mlrd. manatadək ödənişlər həyata keçirilib
# 24 mart 2022 15:00 (UTC +04:00)

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda Milli Ödəniş Sistemi (AZİPS, XÖHKS) vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 39,58 mlrd. manat, sayı isə 12,1 mln. ədəd təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 29,2% artıb.

Yanvar-fevralda Milli Ödəniş Sisteminin əsas komponenti olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS) üzrə 33,97 mlrd. manat həcmində 162 min əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 29,7% çoxdur.

Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə isə bu ilin yanvar-fevral aylarında 5,61 mlrd. manat həcmində 11,94 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 26,1% çoxdur.

Qeyd edək ki, ötən il Milli Ödəniş Sistemi vasitəsilə aparılan ödəniş əməliyyatlarının ümumi həcmi 217,662 mlrd. manat, sayı isə 70,75 mln. təşkil edib ki, bu da illik müqayisədə 2,6% azdır.

AZİPS üzrə 183,76 mlrd. manat həcmində 1,11 mln əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 6% azdır. XÖHKS üzrə isə ötən il 33,91 mlrd. manat həcmində 69,64 mln. ədəd əməliyyat həyata keçirilib ki, bu da illik müqayisədə 21,8% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR