Bank Of Baku

“Muğanbank”ın əmanətləri üzrə kompensasiyaların verilməsinə başlanılıb

“Muğanbank”ın əmanətləri üzrə kompensasiyaların verilməsinə başlanılıb
# 27 noyabr 2023 12:15 (UTC +04:00)

Noyabrın 27-dən etibarən ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.

"APA-Economics" bu barədə Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir. Məlumata görə, ödənişlər “Azərbaycan Beynəlxalq Bankı” və “Kapital Bank” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanunun 28.5-ci maddəsinə əsasən əmanətçilərin ərizələrinin qəbul edildiyi gündən ən geci 30 təqvim günü ərzində Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ödənişi həyata keçirilir.
Xatırladaq ki, son illər ərzində ölkədə ləğv prosesinə başlanılmış 5 bank - “Ata Bank” ASC , “Amrahbank” ASC, “NBC Bank” ASC , “AG Bank” ASC və “Günay Bank” ASC üzrə Əmanətlərin Sığortalanması Fondu tərəfindən 700 milyon manatdan artıq kompensasiya ödənişi uğurla həyata keçirilmişdir.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
www.adif.gov.az

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR