Bank Of Baku

Nağdsız valyuta bazarındakı əməliyyatların həcmi ötən il 27,8 mlrd. dollar təşkil edib - AMB

Nağdsız valyuta bazarındakı əməliyyatların həcmi ötən il 27,8 mlrd. dollar təşkil edib - AMB
# 18 fevral 2022 15:22 (UTC +04:00)

2021-ci ildə Azərbaycanın nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 7,4% artaraq 27,8 mlrd. ABŞ dolları ekvivalentində olub.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, nağdsız valyuta əməliyyatlarının 86,4%- i ABŞ dollarında, 13,6%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 29,7%-i banklararası valyuta bazarında (BVB), 70,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

İl ərzində BVB-də əməliyyatların 99,5%-i ABŞ dollarında, 0,5%-i avroda aparılıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 19,5 mlrd. dollar ekvivalentində olubki, bunun da 80,9%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 95,2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 21,5% azalaraq 4 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 85%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd xarici valyuta ilə əməliyyatların həcminin azalması hesabat ilində de-dollarlaşma proseslərinin getməsilə izah edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR