Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.
“APA-Economics”in əldə etdiyi məlumata görə, o, dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə işdən azad olunub.
Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə bu vəzifəyə təyin edilmişdi.