Bank Of Baku

“Naxçıvanbank” 2023-cü ilin II rübünü mənfəətlə başa vurub - Hesabat

“Naxçıvanbank” 2023-cü ilin II rübünü mənfəətlə başa vurub - Hesabat
# 24 iyul 2023 12:50 (UTC +04:00)

“Naxçıvanbank” 2023-cü ilin birinci yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, 2023-cü ilin birinci yarısında “Naxçıvanbank”ın xalis mənfəəti illik müqayisədə 3.3% artaraq 8 milyon 71 min manat təşkil edib. 2022-ci ilin müvafiq dövründə bank 7 milyon 813 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 26.9% artaraq 12 milyon manat, faiz xərcləri isə 80.2% artaraq 972 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 2.2 milyon manata ( illik müqayisədə 25.1% az), qeyri-faiz xərcləri isə 5 milyon manata ( illik müqayisədə 32.3% çox) bərabər olub. Beləliklə bank 8.3 milyon manat əməliyyat mənfəəti qazanıb ki, bu da illik müqayisədə 1.8% və ya 144.2 min manat artım deməkdir.

Eyni dövrdə bankın nağd pul vəsaitləri 16% və ya 4.3 milyon manat azalaraq 22 milyon 849 min manat təşkil edib.

Cari ilin iyulun 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 14.6% və ya 50.6 milyon manat azalaraq 295.7 milyon manata enib. Cari ilin ilk 6 ayında “Naxçıvanbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 17.9% və ya 31 milyon manat artaraq 204.7 milyon manata çatıb.

Bu dövrdə “Naxçıvanbank”ın cəmi öhdəlikləri 188.4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 19.5% və ya 45.8 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 6 ayında 27.8% və ya 43.2 milyon manat azalaraq 112.2 milyon manata çatıb.

2023-cü il iyul ayının 1-nə “Naxçıvanbank”ın cəmi kapitalı 4.4% və ya 4.8 milyon manat azalaraq 107.2 milyon manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR