Bank Of Baku

"Naxçıvanbank"dan Türkiyəyə dəstək

"Naxçıvanbank"dan Türkiyəyə dəstək
# 16 fevral 2023 10:31 (UTC +04:00)

“Naxçıvanbank” ASC qardaş Türkiyə Respublikasında baş verən zəlzələ hadisəsindən zərərçəkənlərə humanitar yardım məqsədilə AFAD fonduna 50 000 AZN ianə edib.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Qeyd edilib ki, hadisənin ilk günündən bankın əməkdaşları tərəfindən fərdi şəkildə zərərçəkənlər üçün ianə köçürmələri və yardımlar həyata keçirilib. Əlavə olaraq "Naxçıvanbank"ın kollektivi adından növbəti dəfə 500-dən çox ailənin ehtiyacını qarşılayacaq yardım qutuları hazırlanaraq Türkiyəyə yola salınıb.

Həmçinin Naxçıvanbank müştərilər tərəfindən Türkiyəyə edilən ianə köçürmələri üzrə komissiyanı da ləğv edib. Bank üzərindən hər kəs Türkiyəyə ianə köçürmələrini ƏDV-siz, komissiyasız və sürətli şəkildə həyata keçirə bilər.

Naxçıvanbank hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirir, faciədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR