Bank Of Baku

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 12% artıb

Naxçıvanda sosial sığorta haqları üzrə daxilolmalar 12% artıb
# 18 iyul 2023 15:33 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında 2023-cü ilin yanvar-iyun ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 72,4 milyon manatdan çox olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8% və ya 7,6 milyon manat artım deməkdir.

APA-Economics” xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrünə nisbətən 17,4% artaraq 19,9 milyon manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 6 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2% artaraq 1,9 milyon manat olub. Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11,3 milyon manat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 8,9% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR