Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 0,4% artaraq 1 024 906,3 min manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk beş ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,3% artaraq 2 218,9 manat təşkil edib.
Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-may aylarında sənaye üzrə 459 458,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1% üstələyir.