Bank Of Baku

Nazir müşaviri: Orta Dəhliz çərçivəsində qlobal investorların Azərbaycana böyük marağı var

Nazir müşaviri: Orta Dəhliz çərçivəsində qlobal investorların Azərbaycana böyük marağı var
# 16 iyun 2023 11:47 (UTC +04:00)

2022-2026-cı illər üzrə iqtisadi artım hədəflərimiz realistikdir.

"APA-Economics" xəbər verir ki, bunu Qlobal İqtisadi Perspektivlər (GEP) hesabatının təqdimat mərasimində çıxışı zamanı İqtisadiyyat nazirinin müşaviri Xəqani Abdullayev deyib.

O bildirib ki, 2022-2026-cı illəri əhatə edən Sosial-iqtisadi inkişaf Strategiyasında ortamüddətli perspektivdə ÜDM-in illik 3-4 % artım tempi, o cümlədən qeyri-neft-qaz sektorunda 5 %-ə yaxın artım hədəfi minimalistik hədəflərdir.

"Hazırda regionda baş verən proseslər fonunda Orta Dəhliz kimi iqtisadi fürsətlər mənbəyi olan amillə üzləşmişik. Bununla bağlı hökumət tərəfindən müxtəlif istiqamətlərdə böyük tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir çoxu strategiyada öz əksini tapmayıb. Bizim üçün ən vacib məsələ qeyri-neft sektoru üzrə ixrac məhsullarının çeşidinin artırılması ilə yanaşı, ixrac coğrafiyasını diversifikasiya etməkdir. Bu kontekstdə Orta Dəhliz çərçivəsində qlobal investorların Azərbaycana böyük marağını müşahidə edirik. Hökumət dövlət-özəl tərəfdaşlığı deyilən alətin tətbiqi genişləndirməyi nəzərdə tutub. Bu da təbii ki, dövlət infrastruktur layihələrinin maliyyələşdirilməsində qlobal investorların, brend investorların ölkəyə cəlb edilməsində yeni bir imkandır. Sadalanlar bizim strategiyanın üzərinə gələn əlavə faktorlardır. Qeyd edilən qeyri-neft sektoru üzrə 5%-lik iqtisadi artım tempi bu faktorların təsiri ilə daha yüksək ola bilər" - nazir müşaviri qeyd edib.

O əlavə edib ki, Dünya Bankının qeyd etdiyi təlatülmü ssenarilərlə yanaşı, İqtisadiyyat Nazirliyinin də özünün adekvat ssenariləri var: "Baş verə biləcəklər və onlara veriləcək reaksiyalarla bağlı pessimis ssenariyə bizim reaksiya çərçivəmiz var. 5%-lik iqtisadi artım hədəfi ilə yanaşı İqtisadiyyat Nazirliyinin eyni zamanda daha optimist ssenarisi var. Bu faktorları hazırda ölçmək mümkün deyil. Bu faktorlar reallaşarsa qeyri-neft sektorunda iqtisadi artım 6% və ya daha yüksək ola bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR