Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 30 sentyabr 2019-cu il tarixinə investisiya portfelinin 54,7%-ni ABŞ dolları təşkil edib (bu ilin birinci yarısının nəticələrinə görə, bu göstərici 54,6% təşkil edirdi – red.).
“APA-Economics”in Neft Fondunun 2019-cu ilin 9 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, sentyabrın 30-a avro ARDNF-in investisiya portfelinin 33,8%-ni, funt-sterlinq 4,9%-ni, Avstraliya dolları 0,5%-ni, Türkiyə lirəsi 0,8%-ni, Rusiya rublu 0,7%-ni, Koreya vonu 0,4%-ni, Çin yuanı 1,1%-ni, Yaponiya yeni 1,6%-ni, digər valyutalar isə 1,5%-ni təşkil edib.
Həmçinin ARDNF-in investisiya portfelinin 0,13 mln. dollarını (ekvivalent) manat təşkil edib.
Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 4 833,6 mln. dollarlıq hissəsini (11,4%) qızıl investisiyaları təşkil edib.