Bank Of Baku

Neft Fondunun investisiya gəlirliliyi tarixi maksimumu yeniləyib

Neft Fondunun investisiya gəlirliliyi tarixi maksimumu yeniləyib
# 16 yanvar 2024 13:43 (UTC +04:00)

2023-cü il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya gəlirliliyi 7,1% təşkil edib ki, bu da Fondun yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisidir.

Bu barədə “APA-Economics” ARDNF 2023-cü ilin yekunlarına dair hesabatına istinadən xəbər verir.

Bu dövrdə istiqraz və pul bazarı alətləri üzrə 3.1%, səhmlər üzrə 4.3% gəlirlilik, daşınmaz əmlak üzrə isə 0.3% zərər qeydə alınıb. Hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 069,68 mln. dollara çatıb

Qeyd edək ki, ARDNF-nun investisiya gəlirliliyinin ən yüksək göstəricisi 2019-cu ildə 5.3% təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə investisiya portfeli 49 034 milyon dollar investisiya gəlirliliyi isə -5.2% olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR