"Nikoil Bank" bu ilin yanvar-sentyabr ayları üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics"in sözügedən hesabata istinadən verdiyi məlumata görə, 2019-cu ilin yanvar-sentyabr dövrünün yekunlarına əsasən, bankın xalis mənfəəti keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 50 dəfəyədək azalaraq 1 620,49 min manat təşkil edib.
Hesabat dövrünü "Nikoil Bank" 446 986,08 min manat cəmi aktivlərlə başa vurub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9,8% çoxdur.
Yanvar-sentyabr aylarında bankın cəmi öhdəlikləri əvvəlki rübə nisbətən 13,1% artaraq 381 958,75 min manata çatıb.
Əlavə olaraq, bankın xalis faiz gəliri hesabat dövrünün sonunda 32 303,62 min manat təşkil edib, bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 16,2% azdır. Hesabat dövründə "Nikoil Bank"ın qeyri-faiz gəlirləri də 26% azalaraq 3 935,9 min manata enib.