Bank Of Baku

Orxan Nəzərli: İqtisadi aktivliyin yarısı “ağarma” effekti ilə bağlıdır

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli

© APA | Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli

# 05 mart 2026 11:03 (UTC +04:00)

İqtisadi aktivliyin artımının təxminən yarısı iqtisadiyyatın “ağarması” effekti ilə əlaqədardır.

APA-Economics” xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O bildirib ki, 2025-ci ildə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal daxilolmaların həcmi 24,2 milyard manata yaxın olub və bu, ümumi fiskal yığımların 79,1%-ni təşkil edib.

O. Nəzərlinin sözlərinə görə, ötən il dövlət büdcəsinə vergi daxilolmaları 16,4 milyard manat, bunun 12 milyard manatdan çoxu isə qeyri-neft-qaz sektorunun payına düşüb. Bu sektorda daxilolmalar əvvəlki illə müqayisədə 1 milyard manat artıb.

O qeyd edib ki, qeyri-neft-qaz sektorunun ümumi vergi daxilolmalarında payı 72,4%, özəl sektor üzrə isə 76% təşkil edib.

DVX rəhbərinin sözlərinə görə, əldə olunan müsbət dinamika yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, həm də iqtisadi fəaliyyətin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR