Bank Of Baku

Ötən ay kredit təşkilatları tərəfindən 2.3 mlrd. manatdan çox kredit verilib

Ötən ay kredit təşkilatları tərəfindən 2.3 mlrd. manatdan çox kredit verilib
# 28 iyul 2023 11:55 (UTC +04:00)

2023-cü ilin iyun ayı ərzində Azərbaycanda kredit təşkilatları tərəfindən verilən kreditlərin həcmi 2 milyard 317.9 milyon manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23.9% və ya 447.4 milyon manat çoxdur.

Qeyd edək ki, ötən ay verilən kreditlərin 1 milyard 871.1 milyon manatı milli valyutada, 446.8 milyon manatı isə xarici valyutada olub.

Xatırladaq ki, cari ilin iyun ayında manat verilən kreditlərin orta faiz dərəcəsi 15.68%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 6.05% təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR