Ötən il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnoza qarşı 44% az icra edilib

Ötən il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar proqnoza qarşı 44% az icra edilib
# 23 may 2024 11:04 (UTC +04:00)

Ötən il büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 857 milyon manat proqnoza qarşı icra 480,8 milyon manat və ya 376,2 milyon manat (43,9%) az olub.

APA-Economics” xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Məlumata görə, proqnozun kəsrlə icra olunması vergi orqanlarının xətti ilə maliyyə sanksiyaları, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 aprel tarixli 1661 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satışı həyata keçirilən mənzillər, həmçinin bəzi təşkilatlar tərəfindən göstərilən xidmətlər üzrə daxilolmaların proqnozdan az olması və bu növ gəlirlərin dövlət büdcəsinin icrası zamanı gəlir və xərclərin uçotunda dəyişikliklər ilə əlaqədardır.

Qeyd edilib ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri üzrə vergi orqanlarının xətti ilə nəzərdə tutulan daxilolmalardan artıq daxil olan vəsait hesabına formalaşmış vahid xəzinə hesabının 341,4 milyon manatlıq hissəsi əvvəlki illərdən fərqli olaraq 2023-cü ilin dövlət büdcəsinin büdcədənkənar gəlirlərinə aid edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR