Bank Of Baku

Ötən il dövlət büdcəsindən Naxçıvana 315 mln. manat dotasiya ayrılıb

Ötən il dövlət büdcəsindən Naxçıvana 315 mln. manat dotasiya ayrılıb
# 22 yanvar 2024 17:37 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 152,2 mln. manat proqnoza qarşı icra 185,7 mln. manat və ya 33,5 mln. manat və ya 22% çox olmuş, xərcləri 504,3 mln. manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 103,3 mln. manat və ya 17% azdır.

Bu barədə “APA-Economics”ə Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi üçün 2023-cü il dövlət büdcəsindən 315 mln. manat dotasiya ayrılıb.

2023-cü ildə dövlət büdcəsinin yerli gəlirləri 764,7 mln. manat proqnoza qarşı 831,1 mln. manat məbləğində və ya 8,7% çox, yerli xərcləri isə 777 mln. manat proqnoza qarşı 738,6 mln. manat və ya 95,1% icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR