Bank Of Baku

Ötən il ölkənin maliyyə mənbələrindən əsas kapitala 20,3 mlrd. manat vəsait yönəldilib

Ötən il ölkənin maliyyə mənbələrindən əsas kapitala 20,3 mlrd. manat vəsait yönəldilib
# 17 yanvar 2024 14:33 (UTC +04:00)

Əsas kapitala yönələn vəsaitin 971,4 manatı yaşayış evlərinin tikintisinə sərf olunub.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, əsas kapitala yönəldilən vəsaitlərin 16411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 14559,6 milyon manatı və ya 71,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

DSK-nın məlumatında qeyd olunub ki, 2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20296,6 milyon manat və ya 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib. Qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb.

Ümumi sərmayənin 12485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinin, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinin, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 56,1 faizi dövlət, 43,9 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 71,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 80,9 faizini təşkil edib. Əsas kapitala yönəldilən vəsaitdə müəssisə və təşkilatların öz vəsaitləri 9842,3 milyon manat, büdcə vəsaitləri 7428,9 milyon manat, əhalinin şəxsi vəsaitləri 1194,2 milyon manat, bank kreditləri 619,0 milyon manat, sair vəsaitlər 1212,2 milyon manat təşkil edib.

2023-cü ildə əsas kapitala yönəldilən ümumi vəsaitin 40,1 faizi sənaye, 23,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 23,4 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi dövlət idarəetməsi və müdafiə, 2,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 1,8 faizi informasiya və rabitə, 1,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,1 faizi təhsil, hər birində 0,4 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, inzibati və yardımçı xidmətlərin göstərilməsi, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,3 faizi digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi peşə, elmi və texniki fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR