Bank Of Baku

Ötən il ölkənin xarici maliyyə aktivləri və öhdəlikləri artıb

Ötən il ölkənin xarici maliyyə aktivləri və öhdəlikləri artıb
# 17 mart 2026 12:55 (UTC +04:00)

2025-ci il üzrə Azərbaycanın xalis xarici maliyyə aktivləri 5.4 mlrd.$ artıb.

"APA-Economics" bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (0.9 mlrd.$), portfel investisiyaları (1.9 mlrd.$) və digər investisiyalar (2.6 mlrd.$) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis xarici maliyyə öhdəlikləri isə 398.9 mln.$ artıb ki, bu da xaricdən cəlb olunmuş birbaşa investisiyalar (-76.2 mln.$), neft bonusu (450.4 mln.$), portfel investisiyaları (-28.1 mln.$) və digər investisiyalar (52.8 mln.$) hesabına formalaşıb.

Ümumilikdə, 2025-ci il üzrə kapital və maliyyənin hərəkəti üzrə dinamika 2024-cü ilin göstəricisi ilə müqayisədə qismən yaxşılaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR