Azərbayan Mərkəzi Bankı (AMB) 2021-ci ildə 38 not hərracı keçirib.
"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, bu hərracların 3-də uzunmüddətli (84 günlük, 168 günlük, 252 günlük) notlar, digər 35-də isə 28 günlük notlar yerləşdirilib.
Ümumilikdə, 2021-ci ilin sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 200 mln. manat təşkil edib.