Partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaiti ayrılıb

Partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsaiti ayrılıb
# 23 may 2024 11:05 (UTC +04:00)

Keçən il siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin həcmi məlum olub.

APA-nın xəbərinə görə bu, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd edilib.

Qeyd edilib ki, 2023-cü ilin dövlət büdcəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat məbləğində maliyyə yardımı ayrılıb və tam icra olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR