Bank Of Baku

"PAŞA Sığorta" "Ağıllı Kasko" platformasını təqdim edib - VİDEO

"PAŞA Sığorta" "Ağıllı Kasko" platformasını təqdim edib - VİDEO
# 16 fevral 2022 15:24 (UTC +04:00)

Müştərilərinə yenilikçi rəqəmsal həllər təqdim etməyi əsas hədəflərindən biri olaraq təyin edən "PAŞA Sığorta" bu istiqamətdə addımlamağa davam edir.

Qeyri-həyat sığorta bazarında bir ilkə imza atan şirkət müştərilərinə "Ağıllı Kasko" platformasını təqdim edir. İnnovativ platforma sayəsində müştərilər artıq qərar vermədə çətinlik çəkmədən sürücülük təcrübələrinə və öz avtomobillərinə uyğun olan kasko sığortasını təyin edə biləcəklər. Funksionllığa əsasən, platformaya keçid edən istifadəçilərə öncədən müəyyən edilmiş bir neçə sual verilir və istifadəçinin cavabları əsasında sonda avtomobilinə uyğun olan kasko sığorta məhsulunun adı görünür.

Aşağıdakı link vasitəsilə platformaya keçid edərək siz də onlayn platformadan istifadə edərək avtomobilinizə hansı kasko məhsulunun uyğun gəldiyini təyin edə bilərsiniz:

https://smartcasco.pasha-insurance.az/.

Xatırladaq ki, hazırda qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 minə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə "Stabil" səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

© APA | Kasko seçiminin ən ağıllı və əyləncəli yolu olan "Ağıllı Kasko" platforması

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR