Bank Of Baku

"PAŞA Sığorta" "Güvənli Gələcək" layihəsinə yekun vurub®

"PAŞA Sığorta" "Güvənli Gələcək" layihəsinə yekun vurub®
# 09 fevral 2022 16:10 (UTC +04:00)

Daim Korporativ Sosial Məsuliyyət siyasəti və fəaliyyətinə önəm verən PAŞA Sığorta PAŞA Holding-in dəstəyi və “Stop Uqroza” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə 2020-ci ildə start verilən “Güvənli Gələcək” adlı sosial layihə başa çatıb.

Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün təlimlərin keçirilməsi və maarifləndirmə aparılması olmuşdur. Layihə müddətində əsas təhlükəsizlik mövzuları olan “Bullinqə son!” və “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar” təlimləri keçirilib. Belə ki, layihə müddətində 6-14 yaş aralığında ümumi 600 uşağın iştirakı ilə 17 fərqli mərkəzdə təlimlər həyata keçirilib. Layihə çərçivəsində adı çəkilən mövzularla bağlı bu yaş aralığında uşaqlar üçün infoqrafik videolar hazırlanıb və ictimaiyyətə təqdim edilib.

Layihə üzrə təlimlər “Damla” ictimayi birliyi, Xırdalan Qadın Uşaq sığınacağı, Şüvəlan Ailə Dəstək Mərkəzi, “Ümid Yeri” uşaq evi, SOS uşaq kəndləri, Goranboy, İsmayıllı, Zaqatala, Sabirabad və Saatlı rayonları Ailə Dəstək mərkəzləri, Bakı şəhəri 1, 2 və 3 saylı uşaq evlərində təşkil olunub.

“Bullinqə son!” adlı təlimdə uşaqlara zərərli hərəkətlər və təsadüfi təhqirləri fərqləndirmək, hər hansı qəribə hallara düzgün reaksiya vermək bacarığı aşılanmış, mübarizə aparmaq üçün böyüklərə müraciət edib susmamağın nə qədər vacib olduğu öyrədilib.

“5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” adlı təlimlərdə uşaqlara onları əhatə edən insanları dostlar və kənar adamlar qruplarına ayırmağı öyrədilmiş və onlarda etimad dairəsi haqqında anlayış yaradılıb. Həmçinin, təlimlərdə şəxsi təhlükəsizliyin necə qorunması mövzusu uşaqlara aydın olması məqsədilə onlarla birgə müzakirələr aparılmış və davranış alqoritminin formalaşdırılmasına təşəbbüs göstərilib.

Qeyd edək ki, hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR