Bank Of Baku

"Pfizer"in xalis mənfəəti IV rübdə altı dəfəyədək artıb

"Pfizer"in xalis mənfəəti IV rübdə altı dəfəyədək artıb
# 08 fevral 2022 17:20 (UTC +04:00)

ABŞ-ın "Pfizer Inc" şirkətinin xalis mənfəəti 2021-ci ilin IV rübündə 5,7 dəfə artaraq 3,39 mlrd. dollara və ya bir səhm üzrə 0,59 dollara çatıb. 2020-ci ilin eyni dövründə bu göstərici 594 mln. dollar və ya hər bir səhm üzrə 0,10 dollara bərabər olub.

"APA-Economics"in məlumatına görə, bu barədə "Pfizer"in dərc etdiyi açıqlamada deyilir.

Məlumata görə, şirkətin mənfəəti hər səhmə görə 1,08 dollar olub, rüblük gəliri isə iki dəfədən çox artaraq 23,84 mlrd. dollara çatıb.

Bütövlükdə 2021-ci ildə şirkət 21,98 mlrd. dollar xalis mənfəət, hər səhm üzrə 4,42 dollar korrektə edilmiş mənfəət və 81,29 mlrd. dollar məbləğində gəlir əldə edib. Düzəliş edilmiş mənfəət və gəlir 2020-ci ildəkindən təxminən iki dəfə çoxdur.

"Pfizer" 2022-ci ildə səhm üzrə 6,35-6,55 dollar aralığında korrektə edilmiş mənfəət və 98-102 mlrd. dollar civarında gəlir gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR