Bank Of Baku

“Premium Bank”ın vəzifəli şəxsi Mərkəzi Bank tərəfindən cərimələnib

“Premium Bank”ın vəzifəli şəxsi Mərkəzi Bank tərəfindən cərimələnib
# 11 iyun 2024 09:40 (UTC +04:00)

“Premium Bank”ın vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnib.

"APA-Economics" xəbər verir ki, Mərkəzi Bank “Premium Bank” ASC-nin vəzifəli şəxsinin qaydaları pozduğunu aşkarlayıb.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Qanunun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın 3.3.2-ci bəndinin tələblərinin pozulmasını aşkarlayıb.

Bu isə o deməkdir k, bank bir fiziki şəxsə kapitalının 3%-i həcmində kredit verib. İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank”ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR