Qala Sığorta Naxçıvanda fəaliyyətini genişləndirir.
"APA-Economics" xəbər verir ki, Cəmiyyət 20 sentyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Şərur və Culfa rayonlarında xidməti ofislərini açıb.
Açılış mərasimlərində cəmiyyətin Direktorlar Şurası və İdarə Heyətinin üzvləri ilə yanaşı Mərkəzi bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin, Şərur və Culfa rayonlarının dövlət rəsmiləri iştirak ediblər. Şirkətdən verilən məlumata görə, bölgədə cəmiyyətin artıq 30-a yaxın əməkdaşı çalışır.Növbəti illərdə Muxtar Respublikanın digər rayonlarında xidməti ofislərin açılması ilə işçi sayının daha da artması gözlənilir.
Xatırladaq ki, Qala Sığorta Şirkəti Naxçıvan şəhərində rəsmi nümayəndəliyini ötən ilin iyul ayında açıb və bir illik fəaliyyəti ərzində yerli müştərilərə 100 min manatdan artıq sığorta ödənişi həyata keçirib.