Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi kriptovalyuta mayninqinə görə vergi dərəcəsini 10 dəfə artırmağı təklif edir.
"APA-Economics"in məlumatına görə, bu barədə hökumətin iclasında milli iqtisadiyyat naziri Alibek Kuantırov bildirib.
"Bu gün 640 MVt-a yaxın elektrik enerjisi rəsmi qeydiyyatdan keçmiş mayninq şirkətləri tərəfindən istehlak edilir. Eyni zamanda, "kölgə" hasilatının istehlakı üçün rəsmi qeydiyyat tələb olunur. Eyni zamanda, mayninq şirkətləri elektrik enerjisini birbaşa olaraq enerji istehsal edən təşkilatlardan və ya tənzimlənməyən enerji təchizatı təşkilatları müəssisələrindən istehlak edirlər", - Kuantırov bildirib.
Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbi tarifin cəlbediciliyidir: "Bununla bağlı nazirlik enerji istehsal edən təşkilatların istehlakçıları üçün digər istehlakçı qruplarına nisbətən daha yüksək tariflərin müəyyən edilməsi məqsədi ilə onların ayrıca qrupunun müəyyən edilməsi məsələsinə baxılmasını təklif edir".
Nazirlik istehlak edilmiş elektrik enerjisinin hər kilovatsaatına görə vergi dərəcəsinin 1 tengeyə (0,0023 dollardan 0,023 dollara) qaldırılmasını təklif edir.
Fevralın 8-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə kriptovalyuta mayninqinə görə vergilərin artırılması üçün həll yolları hazırlamağı tapşırıb. O qeyd edib ki, enerjinin hər kVt/saatına görə indiki vergi dərəcəsi olduqca azdır.
Qazaxıstan son zamanlar kriptovalyuta istehsalı üzrə dünya liderləri sırasında yer alır. Belə ki, ötən ilin avqustunda ölkə bu göstəriciyə görə (qlobal hasilat həcminin 18%-i) ABŞ-dan (35,4%) sonra dünyada ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə Rusiya (11%) olub.