Bank Of Baku

QDTİB fəaliyyətə başladığı vaxtdan layihələrə 9 mlrd. avrodan çox vəsait ayırıb

QDTİB-nin vitse-prezidenti Ziya Əliyev

© APA | QDTİB-nin vitse-prezidenti Ziya Əliyev

# 02 iyul 2026 11:07 (UTC +04:00)

Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətə başladığı vaxtdan etibarən müxtəlif layihələrin maliyyələşdirilməsinə 9 milyard avrodan çox vəsait yönəldib.

"APA-Economics" xəbər verir ki, bu barədə QDTİB-nin vitse-prezidenti Ziya Əliyev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.

O qeyd edib ki, bankın digər mühüm funksiyası regionda inkişaf səviyyələri arasındakı fərqlərin azaldılmasına töhfə verməkdir:

"Qara Dəniz regionu iqtisadi və maliyyə inkişafı baxımından kifayət qədər müxtəlifdir. Buna görə də biz daha az inkişaf etmiş, maliyyəyə çıxışı məhdud olan sektor və ölkələrə üstünlük veririk".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR