Bank Of Baku

"Rabitəbank" ölkə ixracatçıları üçün yeni kampaniyaya başlayıb

"Rabitəbank" ölkə ixracatçıları üçün yeni kampaniyaya başlayıb
# 05 noyabr 2019 10:25 (UTC +04:00)

Müştərilərə daim yeniliklər və asan həllər təklif edən “Rabitəbank” ASC ölkə ixracatçıları üçün yeni kampaniyaya start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yerli istehsalat və brendlərin ölkədən kənar tanınması və ixracı üçün, ABŞ dolları üzrə cəmi 4,9%, Azərbaycan manatı üzrə 13,9% ilə, 30 min manat və ya ekvivalentində başlayaraq, 36 ayadək “İxracatçı” kredit kampaniyasından faydalana biləcəklər. Əlavə güzəşt olaraq kredit alan sahibkarlara, ixracdan daxil olan vəsaitin konvertasiyası və XÖHKS ilə köçürülməsi  üzrə komissiyası 0%, kreditin rəsmiləşdirilməsi və ixracdan daxil olan vəsaitin nağdlaşdırılması komissiyasına 50% endirim olunacaq.

Kampaniya haqqında daha ətraflı məlumat üçün, bit.ly/ixracatkrediti linkinə daxil olub və yaxud bankın Çağrı mərkəzi (012) 133 telefon nömrəsinə zəng edərək məlumat əladə etmək mümkündür. Kampaniya 01.02.2020-ci il tarixinədək davam edəcək.

Ölkənin ilk müstəqil və rəqəmsal həllər təklif edən banklarından biri “Rabitəbank” 25 xidmət məntəqəsi, 68 ATM və “RabitabankBot” ilə müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR