Bank Of Baku

Rabitəbank “Respublika Fənn Olimpiadaları”nda uğur qazanmış şağirdləri mükafatlandırıb

Rabitəbank “Respublika Fənn Olimpiadaları”nda uğur qazanmış şağirdləri mükafatlandırıb
# 22 iyun 2023 11:20 (UTC +04:00)

Rabitəbank Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və bankın yaranmasının 30 illiyi münasibətilə həyata keçirdiyi korporativ sosial layihələrindən daha birini həyata keçirib.

APA-Economics” xəbər verir ki, Bank “Respublika Fənn Olimpiadaları”nda iştirak edərək uğur qazanmış Şəki Kimya-Biologiya Təmayüllü Liseyin 9-cu və 11-ci sinif şagirləri ilə görüş keçirərək onları hədiyyələr və sertifikatlarla mükafatlandırıb.

Qeyd edək ki, liseyin şagirdləri coğrafiya, biologiya, kimya, informatika fənnləri üzrə 9 bürünc, 4 gümüş, 1 qızıl medal olmaqla ümumilikdə olimpiadada 14 medal qazanaraq yüksək nəticə əldə ediblər.

Xatırlatmaq istərdik ki, "Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR